Ağsu rayonu ərazisinin Qırlartəpə abidəsi ilə Şirvan bölgəsinin ən qədim insan məskənlərindən biri olduğu məlumdur. Ağsu şəhərinin ətrafında antik və ilk orta əsrlərin zəngin tarixi-mədəni abidələri yerləşir. Nərgizava və Kəlağayılı nekropolları, Xanyurdu yaşayış yeri burada yerləşir. Bu maddi-mədəniyyət abidələri bölgənin Qafqaz Albaniyasının mühüm ticarət mərkəzlərindən biri rolunu oynadığını göstərir. Nərgizavanın zəngin metal məmulatı Xınıslı maddi-mədəniyyət nümunələri ilə oxşarlıq nümayiş etdirir. İslam dövründə Ağsu şəhərinin əhəmiyyəti daha da artmışdır. Tarixi İpək yolunun bu şəhərin inkişafında mühüm rolu olmuşdur.