İsmayıllı

İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2021-ci il tarixə 87867 nəfərdir. Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd vardır. Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 rəsm Qalereyası, 1 Turizm İnformasiya Mərkəzi, 1 Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci mövcuddur. Rayon ərazisində 2 şərab zavodu, 1 kərpic zavodu, 2 asfalt zavodu, 1 beton zavodu, 21 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Rayonda 4 QHT, 15 dini icma, 8 ictimai təşkilat və birlik vardır. Ərazidə 133 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər Qarabağ müharibəsi veteranı, 140 şəhid ailəsi, 21 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 12 nəfər əməkdar müəllim, 11 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır. 
“Yeni İsmayıllı” adlı rayon qəzeti 1934-cü ildən nəşr olunmağa başlamışdır. 1965-ci ildən “Zəhmətkeş”, 1966-cı ildən “Cavanşir yurdu”, 2003-cü ildən 2013-cü ilə qədər “Girdiman” adı ilə nəşr olunmuşdur. 24 yanvar 2008-ci il tarixdən rayonda “İsmayıllı xəbərləri” qəzeti nəşr olunur. 

share.in.social